Dünya
Zelenskidən şok iddia: Putin payızda yüz minlərlə şəxsi səfərbər edəcək
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın payızda yeni səfərbərlik elan etməyə hazırlaşdığını bildirib.
Publika.az xəbər verir ki, onun sözlərinə görə, Ukrayna kəşfiyyatının məlumatları Moskvanın sentyabrda keçiriləcək parlament seçkilərindən sonra yüz minlərlə rusiyalını orduya cəlb etməyi planlaşdırdığını göstərir.
Zelenski iddia edib ki, səfərbərlik bu ilin sonuna qədər və gələn il də davam etdirilə bilər.
Prezident bildirib ki, Kiyev müharibənin dayandırılması ilə bağlı təkliflərini ABŞ tərəfinə təqdim edib və Vaşinqtondan hava hücumundan müdafiənin gücləndirilməsi, eləcə də Rusiyaya təzyiq göstərilməsi istiqamətində dəstək gözləyir.
ABŞ dövlət katibi Marko Rubio isə müharibədə dinamikanın son aylarda dəyişdiyini və bunun sülh danışıqları üçün yeni imkan yarada biləcəyini deyib.
Akqabay
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO

































.jpg)


