Dünya
Serbiya və Ukrayna yaxınlaşır: Vuçiç nəyi hədəfləyir?
Serbiya prezidenti Aleksandar Vuçiçin Ukrayna lideri Vladimir Zelenski ilə yaxınlaşması Belqradın Avropa İttifaqından (Aİ) gələn tənqidləri azaltmaq cəhdi ilə bağlı ola bilər.
Publika.az xəbər verir ki, bunu Qrats Universitetinin Cənub-Şərqi Avropa Araşdırmaları Mərkəzinin rəhbəri Florian Biber “Politico”ya açıqlamasında deyib.
Onun sözlərinə görə, Vuçiç Zelenski ilə ən azı simvolik olaraq yaxınlaşaraq yaxın aylarda Aİ-dən daha az tənqid almağa ümid edir.
“Vuçiç bunu ölkədə mümkün seçkilər ərəfəsində Aİ-də təsir imkanlarını artırmaq üçün edir”, - deyə Biber bildirib.
Ekspert qeyd edib ki, Belqradla Kiyev arasındakı yaxınlaşmanın praktiki səbəbi də ola bilər. Söhbət hərbi əməkdaşlıqdan gedir.
Serbiya Ukraynanın köhnə haubitsa və tanklarında istifadə olunan sovet kalibrli sursatlar istehsal edir. NATO ölkələrində isə bu tip sursatların istehsalı yoxdur.
Biberin sözlərinə görə, hazırda Kiyev üçün Serbiyadan bu tədarüklər Vuçiçlə mövcud siyasi fikir ayrılıqlarından daha vacibdir.
Müəllif: Adəm
-
Maraq dünyası12:35Mask bu ölkəni almaq istəyir: Neçəyədir?
-
Yaxın Şərq12:14İranda radikallar güclənir: Trampa qarşı “qorxutma” siyasəti işə yaradı
-
Rəsmi xronika11:23İlham Əliyev Zaur Əhmədovu səfir vəzifəsindən geri çağırdı
-
Rəsmi xronika09:43Prezident: Naxçıvanda yeni nəqliyyat dəhlizləri yaradılır - VİDEO
-
ABŞ09:12ABŞ prezidentinin təyyarəsi niyə gizlicə dəyişdirilib? - Tramp özü danışdı
-
MDB09:00Xəzər pələngi vəhşi təbiətə qaytarılır
-
Sosial08:36Bu rayonların bir hissəsi qazsız qalacaq
-
Qadın08:00Qadınların xəyanət etməsinin 5 SƏBƏBİ











.png)









.jpg)



.jpg)









