İdman
Daha bir məşqçi müharibənin qurbanı oldu
Donetsk vilayətində 42 yaşlı hərbçi, sərbəst güləş üzrə məşqçi və Ukraynanın idman ustası Konstantin Solomakinin ölümü təsdiqlənib.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna İdman Komitəsi məlumat yayıb.
Bildirilir ki, Konstantin 26 may 2025-ci ildə Kramatorsk rayonunun Novomıxaylovka kəndində həlak olub, lakin bir ildən çoxdur ki, itkin düşmüş hesab olunurdu.
Onun kimliyi eksqumasiya və şəxsiyyətin müəyyən edilməsindən sonra təsdiqlənib. Konstantin Solomakin Budapeştdə anadan olub və məktəb illərini Slavyanskda keçirib və idman karyerasına məşqçi Nikolay Çurayın rəhbərliyi altında başlayıb. 2003-cü ildə Ukraynanın İdman Ustası adını qazanıb. Daha sonra Slavyansk və Kramatorskdakı idman məktəblərində sərbəst güləş üzrə məşqçi kimi çalışıb.
3 mart 2025-ci ildə Konstantin Ukrayna Silahlı Qüvvələrinə qoşulub.
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı






























