Yaxın Şərq
Qəzzadakı müharibənin İsrailə neçəyə başa gəldiyi bilindi
2023-cü il oktyabrın 7-də başlayan Qəzza müharibəsi İsrail tarixində ən uzunmüddətli və ən yüksək maliyyə itkilərinə səbəb olan müharibəyə çevrilib.
Publika.az xəbər verir ki, “Haaretz” qəzetinin hazırladığı hesabata görə, müharibənin İsrailə ümumi maliyyə yükü təxminən 420 milyard şekelə, yəni 142 milyard dollara çatıb. Eyni dövrdə ölkənin dövlət borcunun da təxminən 400 milyard şekelə (135 milyard dollar) yüksəldiyi bildirilib.
Hesabatda qeyd olunur ki, İsrail ordusu müharibədən əvvəl sursat ehtiyatlarını daha qısamüddətli hərbi əməliyyatlar nəzərə alınmaqla formalaşdırıb. Buna görə də 2023-cü ilin oktyabrının sonlarında Qəzza zolağında quru əməliyyatına başlayan zaman ordunun ilkin gözləntisi müharibənin təxminən üç ay davam edəcəyi yönündə olub. Lakin münaqişənin gözləniləndən daha uzun çəkməsi sursat ehtiyatları ilə bağlı ciddi problemlər yaradıb.
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO








































