Dünya
Baş nazir özünü “ABŞ rəsmisi” kimi təqdim edən dələduzla mesajlaşdı
Böyük Britaniya Baş naziri Endi Börnem özünü “Ağ Ev Administrasiyasının rəhbəri Syuzi Uayls” kimi təqdim edən dələduzla mesajlaşıb.
Publika.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadla məlumat yayıb.
Börnem həmin şəxslə bir neçə mesaj mübadiləsi aparsa da, bunların o qədər də əhəmiyyətli olmadığı bildirilib. Amma Britaniyanın ABŞ-dəki səfirliyi hadisədən narahat olub və məsələni Ağ Evin nümayəndələri ilə müzakirə edib. Nəşrin yazdığına görə, Britaniya hökumətində Uaylsın telefonunun sındırılmış ola biləcəyindən ehtiyat edirlər. 2025-ci ildə də də onun adından bir sıra amerikalı siyasətçilərə və iş adamlarına şübhəli mesajlar göndərilmişdi.
Börnemin həmin dələduzla nə vaxt mesajlaşdığı və yazışmada konkret olaraq nələrin müzakirə edildiyi məlum deyil. Endri Börnem iyulun 20-də baş nazir vəzifəsinə gəlib, o, Kir Starmeri əvəz edib.
Ağ Ev nəşrin sorğusuna cavab verməyib. Böyük Britaniya hökumətinin nümayəndəsi isə yalnız bildirib ki, hökumət milli təhlükəsizlik məsələləri barədə şərh vermir. (Teleqraf)
-
İdman12:54Cazibədar futbolçu peşəsini dəyişdi: Gəliri 30 dəfə artdı - FOTOLAR
-
Yaxın Şərq12:26Nazir “qara siyahı” tələb etdi: Hər gecə 30-40 nəfər öldürülsün!
-
Rəsmi xronika11:45İlham Əliyev Ukraynanın sabiq Prezidenti ilə görüşdü
-
Avropa09:34Putinin sözləri təşviş yaratdı: Bu ölkə “ən pis ssenari”yə hazırlaşır
-
Magazin208:24Conni Deppə şok: Cek Sərçə yeni filmdə ikinci plana keçirilir
-
Sosial07:55Şuşa və Xocavəndə köç karvanları yola salındı
-
Dünya05:15İranın ABŞ hərbçilərini izləmək üçün istifadə etdiyi inanılmaz üsul
-
Qoroskop00:45Günün ulduz falı: Romantik anlar yaşana bilər










.jpg)














.jpg)







