Hotel otağında mübahisə: Qadını 5-ci mərtəbədən aşağı atdı - FOTOLAR
Bizi izləyin

Dünya

Hotel otağında mübahisə: Qadını 5-ci mərtəbədən aşağı atdı - FOTOLAR

Hotel otağında mübahisə: Qadını 5-ci mərtəbədən aşağı atdı - FOTOLAR

Türkiyənin Kayseri şəhərinin Talas rayonunda hoteldə 28 yaşlı Selin Gökhan həyatını itirib.

Publika.az xəbər verir ki, hadisə Mevlana məhəlləsində yerləşən 14 mərtəbəli hoteldə baş verib.

Məlumata görə, 30 yaşlı N.C.Ş. ilə Selin Gökhan arasında hotel otağında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə qısa müddətdə davaya çevrilib.

İddialara görə, N.C.Ş. qadını 5-ci mərtəbədən aşağı atıb. Gökhan hotelin asma mərtəbəsinə düşüb. Şübhəlinin daha sonra otaqdakı bəzi əşyaları da onun üzərinə atdığı bildirilib.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə polis, təcili tibbi yardım və yanğınsöndürənlər cəlb olunub. Tibbi heyət qadının hadisə yerində öldüyünü müəyyən edib.

N.C.Ş. polis tərəfindən saxlanılıb. Selin Gökhanın meyiti ekspertiza üçün morqa aparılıb.

Hadisə ilə bağlı araşdırma başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm