54 il əvvəl itən təyyarə tapıldı - VİDEO
Bizi izləyin

Dünya

54 il əvvəl itən təyyarə tapıldı - VİDEO

Çilidə 54 il əvvəl yoxa çıxmış təyyarənin qalıqları tapılıb.

ANS TV-nin məlumatına görə, bir qrup alpinistin qalıqlarını tapdığı LAN Airlines şirkətinə məxsus Duglas DC-3 təyyarəsi 1961-ci ilin 3 aprelində And dağlarında qəzaya uğrayıb.

Nəticədə təyyarədə olan 24 sərnişin və heyət üzvünün hamısı o cümlədən Qrean Cross (Qrin Kros) futbol komandasının 8 üzvü həlak olub.

Ekspedisiya üzvləri qaya parçaları altında düşmüş təyyarənin hissələrini axtarmaya davam edəcəklərini açıqlayıblar. Lakin yarım əsr bundan əvvəl itkin düşmüş təyyarənin tapıldığı konkret ünvan ictimaiyyətə açıqlanmır ki, bu ərazi potensial turist hədəfinə çevrilməsin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm