Dünya
Məşhur aktyor vəfat etdi - FOTO
“Transformers” seriyasının əfsanəvi personajı "Optimus Prime"a səsi ilə həyat verən kanadalı aktyor Peter Cullen 85 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, Cullen avqustun 26-da Los-Ancelesdəki evində, ailəsinin yanında dünyasını dəyişib. Ölüm səbəbi açıqlanmayıb.
Cullen 1984-cü ildə “The Transformers” animasiya serialında Optimus Prime obrazını səsləndirməyə başlayıb. Daha sonra 2007-ci ildən etibarən “Transformers”in canlı çəkiliş filmlərində də bu obrazı səsləndirib. Onun son işi 2023-cü ildə “Transformers: Rise of the Beasts” filmi olub.
Sənətçi “Winnie the Pooh”dakı Eeyore, “Knight Rider”dəki KARR kimi məşhur obrazları səsləndirib. Karyerası ərzində 200-dən çox aktyorluq və səsləndirmə işi olub.
Peter Cullen 2023-cü ildə səsləndirmə sənətinə töhfələrinə görə “Children's & Family Emmy”nin Ömürlük Uğur mükafatına layiq görülmüşdü.

-
İdman04:44Mbappe dubl etdi, "Real" darmadağınla qələbə qazandı - VİDEO
-
Hadisə02:12İsmayıllıda dəhşətli qəzada ölən və xəsarət alanın kimliyi məlum oldu - YENİLƏNDİ
-
Magazin100:45Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda romantik və ehtiraslı anlar sizi gözləyir
-
Avropa12 Sentyabr 23:48Çay sahilində iki metrlik anakonda tapıldı
-
MDB12 Sentyabr 23:12Tokayev Trampı səfərə dəvət etdi
-
Hadisə12 Sentyabr 22:48“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı / VİDEO
-
Nida Xəbər 12 Sentyabr 22:24“Çox yaxşı xatırlayıram, 13-14 yaşım var idi”
































