Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
Bizi izləyin

Yaxın Şərq

Husilərin hücumları fonunda neft kəskin bahalaşdı

Husilərin hücumları fonunda neft kəskin bahalaşdı

Dünya neftinin qiyməti 1 faizdən çox artıb - Yaxın Şərqdən neft tədarükü ilə bağlı qalan risklər fonunda “Brent” markalı neftin kotirovkaları bir barel üçün 104 dollardan yuxarı qalxıb.

Publika.az xəbər verir ki, bu barədə Londonun ICE birjasının ticarət məlumatlarında deyilir.

Bakı vaxtı ilə saat 02:11-ə olan ticarət məlumatlarına əsasən, “Brent” markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 1,19 faiz artaraq bir barel üçün 104,42 dollara çatıb. Bir gün əvvəl “Brent” ticarəti bir barel üçün təqribən 103,9–104 dollar səviyyəsində başa vurmuşdu.

Qiymət artımı husilərin Səudiyyə Ərəbistanındakı obyektlərə hücumları və regiondan neft tədarükü ətrafında qalan qeyri-müəyyənlik fonunda baş verir.

İyulun 20-də Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) tərəflər arasında döyüş əməliyyatlarının bərpasından bir həftə sonra Səudiyyə Ərəbistanının dəniz blokadasını elan edib. Buna səbəb husilərin nəzarətində olan Səna beynəlxalq aeroportuna endirilən zərbələr olub. Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin silahlı qüvvələri uçuş-enmə zolağına hücum ediblər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm