Dünya
10 ilə hazırlandı, 4 milyard dollara başa gəldi... - ABŞ kainatın qaranlıq sirlərini açmağa çalışır
NASA “Roman” kosmik teleskopunu Floridadakı Kennedi Kosmik Mərkəzindən orbitə çıxarıb.
Publika.az xəbər verir ki, 4 milyard dollardan baha başa gələn teleskopun hazırlanması 10 ildən çox davam edib. Cihaz NASA-nın “Hubble” teleskopunun “anası” kimi tanınan astronom Nensi Qreys Romanın şərəfinə adlandırılıb.
“Hubble”dan 100 dəfədən çox geniş görüş sahəsinə malik “Roman” Yerdən 1,5 milyon kilometr uzaqlıqda yerləşərək səmanın geniş ərazilərini müşahidə edəcək. NASA onun vasitəsilə Kainatın təxminən 95 faizini təşkil etdiyi düşünülən qaranlıq maddə və qaranlıq enerjini araşdırmağı, həmçinin minlərlə ekzoplanet və on minlərlə fövqəlnovanı aşkar etməyi planlaşdırır.
İnfraqırmızı imkanları sayəsində teleskop milyardlarla il əvvəl yayılan işığı müşahidə edərək Kainatın keçmişinə nəzər salmağa imkan verəcək.
Teleskop kosmosun analoqu olmayan xəritəsini yaratmaq üçün nəzərdə tutulub. "Bu, indiyədək yaradılmış ən böyük astronomik obyektlər kataloqu olacaq və Günəş sistemimizə bənzər sistemlərin nə dərəcədə geniş yayıldığını anlamağımıza kömək edəcək", — teleskopun texniki rəhbəri Deyv Kontent vurğulayıb.
ABŞ Prezidenti Donald Tramp cümə günü NASA-nın yeni nəsil teleskopunun "kainatın sirlərini açmağa" imkan verəcəyini açıqlamışdı.
-
Nida Xəbər 18:37Gədəbəyə də icra başçısı təyin edildi
-
MDB13:36Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
-
Hadisə13:27Əvəz Zeynallı vəfat etdi
-
Dünya13:24Trampın keçmiş vəkili ilə türk iş adamının 10 milyonluq toyu: Görün kimlər gəlib - FOTOLAR
-
Rəsmi xronika11:03Prezidentin ali hərbi rütbə verdiyi Nihad Şıxəliyev KİMDİR?
-
Rəsmi xronika10:35Prezident sərəncam imzaladı
-
Dünya10:30Netanyahu Ərdoğanla bağlı göstəriş verdi: Dosye hazırlanır
-
İdman10:24Dünyanın ən seksual qolfçusu Meksika çöllərindən elə FOTOLAR paylaşdı ki...





















.jpg)



.jpg)









.jpg)