Yaxın Şərq
İran ABŞ-la nüvə danışıqlarında geri addım atmayacaq
İran nüvə proqramını ABŞ-la atəşkəs danışıqlarının bərpası naminə güzəşt predmetinə çevirmək niyyətində deyil.
Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” anonim mənbələrə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, vasitəçilər Tehranın nüvə proqramı ilə bağlı güzəştə getməsini və bununla ABŞ-la atəşkəs danışıqlarının yenidən başlamasını istəyirlər. Lakin İran tərəfi məsələnin müzakirəsinə hazır olmadığını vasitəçilərə çatdırıb.
Məlumata görə, ABŞ prezidenti Donald Trampın Tehranın 7 günlük atəşkəs təklifini rədd etməsindən sonra İran hər hansı güzəşt məsələsini gündəmdən çıxarıb. Tehran bundan sonra ABŞ tərəfindən qarşılıqlı addımlar atılmasını gözləyir.
Mənbələr bildiriblər ki, İran rəhbərliyi uzunmüddətli blokadaya və ABŞ-ın yeni zərbələrinə tab gətirə biləcəyinə inanır. Qəzetə danışan şəxslərin iddiasına görə, ölkədə əsas qərarverici mövqelərdən biri İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsusdur və bu qurum Qərblə kompromisə qarşı sərt mövqe tutur.
ABŞ-İran danışıqlarında əsas mübahisə mövzularından biri İranın nüvə proqramı ilə yanaşı, Hörmüz boğazının açılması və ABŞ-ın İran limanlarına tətbiq etdiyi blokadanın aradan qaldırılmasıdır.
Müəllif: Adəm
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO
-
ABŞ08:48Qarğıdalı sahəsində sirli kosmik obyekt aşkar edildi
-
Avropa08:36Britaniyada İran agentləri yenidən ələ keçirildilər
-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar
-
Region03:43Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı
-
Sağlamlıq03:13Piylənmə üçün mükəmməl vasitə kəşf edildi
-
ABŞ02:12"SpaceX"in gəlirləri kəskin artırdı


















.jpg)

.jpg)
















