Dünya
Türkiyə bu ölkədə əməliyyat keçirdi - Gəmini azad etdi
Türkiyə Hərbi Dəniz Qüvvələri və Somali Milli Ordusu Puntland sahillərində dəniz quldurları tərəfindən qaçırılan “MV LATUF” yük gəmisini birgə əməliyyatla xilas edib.
Publika.az xəbər verir ki, bu barədə Somali Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 10 gün davam edən əməliyyat başa çatıb. Kamerun bayrağı altında üzən və Tekirdağdan yola çıxan gəmi 17 avqustda quldurlar tərəfindən ələ keçirilib. Gəminin 10 nəfərlik heyətində bir Türkiyə vətəndaşı da olub.
Türkiyənin Moqadişodakı səfirliyi Somali hakimiyyəti ilə danışıqlar apararaq gəminin qeyd-şərtsiz azad edilməsinə çalışıb. Bölgəyə hava və dəniz qüvvələri göndərilib, Somali təhlükəsizlik qüvvələri ilə koordinasiyalı əməliyyat keçirilib.
Nəticədə 14 dəniz qulduru zərərsizləşdirilib, 29 avqustda isə quldurların hamısı gəmini tərk edib.
Müəllif: Roza
-
MDB13:36Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
-
Hadisə13:27Əvəz Zeynallı vəfat etdi
-
Dünya13:24Trampın keçmiş vəkili ilə türk iş adamının 10 milyonluq toyu: Görün kimlər gəlib - FOTOLAR
-
Rəsmi xronika11:03Prezidentin ali hərbi rütbə verdiyi Nihad Şıxəliyev KİMDİR?
-
Rəsmi xronika10:35Prezident sərəncam imzaladı
-
Dünya10:30Netanyahu Ərdoğanla bağlı göstəriş verdi: Dosye hazırlanır
-
İdman10:24Dünyanın ən seksual qolfçusu Meksika çöllərindən elə FOTOLAR paylaşdı ki...
-
ABŞ10:12Trampdan etiraf: Zelenskidən xahiş edib ki...


















.jpg)




.jpg)








.jpg)