Dünya
Çin ABŞ-a meydan oxuyur - Gizli hərbi obyekt inşa edilir
Çin ABŞ-ın məşhur “51-ci zona”sına bənzər gizli hərbi obyekt inşa edir.
Publika.az xəbər verir ki, bu barədə “Milliyet” nəşri məqalə dərc edib.
Bildirilib ki, Çinin şimal-qərbində, Sincan Uyğur Muxtar Rayonunda yerləşən və “Lob Nor” nüvə sınaqları poliqonunun yaxınlığında salınan hərbi hava bazası son illərdə sürətlə genişləndirilir. Mütəxəssislər obyektin Çinin yeni nəsil hərbi təyyarələrinin və eksperimental aviasiya platformalarının sınaqları üçün istifadə olunduğunu düşünür.
Təxminən 5 kilometr uzunluğunda uçuş-enmə zolağına malik baza 2023-cü ildən etibarən ciddi şəkildə yenilənməyə başlayıb. Ərazidə yeni taksi yolları, müxtəlif ölçülü anqarlar, təyyarələrin manevri üçün əlavə sahələr, yanacaq anbarları və digər infrastruktur obyektləri inşa edilir.

Geo-kəşfiyyat tədqiqatçısı Damien Simon "The War Zone" nəşrinə müsahibəsində xüsusilə bazanın cənub hissəsində inşa edilən nəhəng anqarlara diqqət çəkib. Onun sözlərinə görə, bu tikililər Çin ordusunun mövcud taktiki və strateji təyyarələri ilə yanaşı, gələcəkdə istifadəyə veriləcək yeni hava vasitələrini də yerləşdirmək üçün nəzərdə tutula bilər.
Mütəxəssislər hesab edirlər ki, Çinin hazırladığı H-20 strateji bombardmançı təyyarəsinin bəzi sınaqları da bu ərazidə keçirilə bilər. Lakin bununla bağlı rəsmi məlumat yoxdur və ehtimal hələlik yalnız spekulyasiya olaraq qalır.
Son peyk görüntülərində bazada yeni anqarlarla yanaşı, anbar və yaşayış obyektlərinin də inşa edildiyi görünür. Ərazidə tikinti işlərini dəstəkləmək üçün beton zavodunun yaradıldığı da bildirilir.
ABŞ-ın “51-ci zona”sı kimi bu bazanın da uzun müddət sirr və maraq mövzusu olaraq qalacağı gözlənilir.
Müəllif: Roza
-
Sosial11:13İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə iştirak edir - YENİLƏNDİ
-
Elm və təhsil10:4660 il əvvəl çəkilmiş fotoda yadplanetli gəmisi - NASA-dan açıqlama
-
Rəsmi xronika10:06İlham Əliyev Ərdoğanla görüşdü - YENİLƏNDİ
-
MDB09:46Putinlə görüşdən əvvəl Köçəryanın həbsi - Paşinyanın məqsədi nədir?
-
MDB09:12Leninqrad vilayətinə kütləvi PUA hücumu - Liman yanır
-
Sosial07:55Daha 117 ailə Ağdam şəhərinə yola salındı
-
ABŞ04:30İrana nüvə zərbəsi endirilə bilər? - Trampdan cavab
-
Qoroskop00:45Sentyabrın ilk günündə bürcləri nələr gözləyir?







.jpg)














.jpg)














