Dünya
Şarl de Qollun nəvəsi Rusiya vətəndaşı olmaq istəyir - Putinin qərarını gözləyir
Fransanın keçmiş prezidenti, general Şarl de Qollun (1959-1969) nəvəsi və Millətlər Arasında Sülh və Dostluq Fondunun rəhbəri Pyer de Qoll Rusiya vətəndaşı olmaq istədiyini açıqlayıb.
Publika.az xəbər verir ki, o, bu açıqlamanı 24-26 sentyabr tarixlərində keçirilən 12-ci Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumundan sonra TASS agentliyinə verdiyi müsahibədə verib.
"Bu, sizin prezidentinizin qərarı olmalıdır. Vaxtı gələndə bəlkə də qərar veriləcək. Mən bunu çox istərdim", - deyə siyasətçi bildirib.
De Qoll əlavə edib ki, ailəsi və uşaqları ilə birlikdə Rusiyada yaşamağı səbirsizliklə gözləyir:
“Rusiya pasportları almaq onlar üçün şərəf olardı”.
O, Fransa ilə Rusiya arasında "körpülər qurmaq" üçün əlindən gələni etdiyini bildirib.
Pyer de Qoll daha əvvəl Qərb ölkələrinin Rusiyanı təcrid etməyə çalışdıqlarını, lakin məqsədlərinə çata bilmədiklərini bildirmişdi.
Müəllif: Tural
-
Hadisə22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi


































.jpg)
.jpg)