Dünya
Tramp və Kim Çen In görüşə bilər - Zirvə toplantısı gözlənilir
Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti (NIS) Vaşinqton və Pxenyan arasında dialoq əlamətlərinin olduğunu açıqlayıb. ABŞ və Şimali Koreya liderlərinin sammitinin istənilən vaxt keçirilə biləcəyi bildirilir.
Publika.az xəbər verir ki, bu barədə Cənubi Koreya xüsusi xidmət orqanının bu gün keçirilən brifinqində məlumat verilib.
Cənubi Koreya parlamentinin deputatı Yun Kon Yen brifinqin məzmunu barədə jurnalistlərə bildirib ki, Şimali Koreya ilə ABŞ arasında konkret təmaslar təsdiqlənməsə də, dialoqun başladığını göstərən əlamətlər mövcuddur.
Xatırladaq ki, avqustun ortalarında ABŞ prezidenti Donald Tramp Kim Çen Inla “yaxşı münasibətlərinin” olduğunu bildirmiş və Cənubi Koreya ilə birgə hərbi təlimlərin miqyasının azaldılması barədə göstəriş vermişdi. “The Wall Street Journal” qəzeti isə Trampın bu ilin payızında Şimali Koreya lideri ilə görüş təşkil edilməsini tələb etdiyini yazmışdı.
Son vaxtlar Şimali Koreya Xarici İşlər Nazirliyi Vaşinqtonun siyasətinin düşmən xarakter daşıdığını iki dəfə vurğulasa da, Seulda ABŞ-KXDR dialoqunun yenidən bərpa olunması istisna edilmir.
Hələlik Ağ Ev və Pxenyan mümkün görüşlə bağlı rəsmi açıqlama verməyib.
Müəllif: Adəm
-
MDB13:36Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
-
Hadisə13:27Əvəz Zeynallı vəfat etdi
-
Dünya13:24Trampın keçmiş vəkili ilə türk iş adamının 10 milyonluq toyu: Görün kimlər gəlib - FOTOLAR
-
Rəsmi xronika11:03Prezidentin ali hərbi rütbə verdiyi Nihad Şıxəliyev KİMDİR?
-
Rəsmi xronika10:35Prezident sərəncam imzaladı
-
Dünya10:30Netanyahu Ərdoğanla bağlı göstəriş verdi: Dosye hazırlanır
-
İdman10:24Dünyanın ən seksual qolfçusu Meksika çöllərindən elə FOTOLAR paylaşdı ki...
-
ABŞ10:12Trampdan etiraf: Zelenskidən xahiş edib ki...





















.jpg)





.jpg)








.jpg)
