Dünya
Modi həmkarlarını görün nələrə qonaq etdi
Hindistanın Baş naziri Narendra Modi Yeni Dehlidə BRİKS sammitinin iştirakçılarının şərəfinə qala-şam yeməyi təşkil edib və qonaqlara tut və qızılı yarpaqlar əlavə edilmiş düyü pudinqinə qonaq edib.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Qeyd olunub ki, menyuya Hindistan mətbəxinin vegetarian yeməkləri daxil edilib. Qəlyanaltı kimi xardal, kokos və kari yarpaqları ilə noxud unu ruleti, manqolu və qatıqlı sousla tamamlanan, həmçinin şirmal çörəyi üzərində nanə giləmeyvələri olan göbələk kababları təqdim olunub. Əsas yemək qismində qonaqlara tomat və şalot soğanı sousunda yumşaq “panir” pendiri, qulançar, zəfəran, kişmiş və badam ilə Himalay quşüzümləri, eləcə də Cənubi Hindistan ədviyyatları və kokos ilə kök və yaşıl lobya təqdim edilib.
Bundan əlavə, qonaqlara tomat və kari yarpaqları ilə paxlalılar bulyonu, darı və ədviyyatlı basmati düyüsü, çuğundur və göyərtili soyudulmuş qatıq, eləcə də hind çörəyinin müxtəlif növləri təklif olunub. Desertlər arasında süzülmüş qaymaq və xırtıldayan “calebi” şirniyyatı ilə mövsümi meyvələr yer alıb.
Hüseyn İbadlı
-
MDB09:36Ukrayna Nijnekamskı vurdu - 2 ölü, 12 yaralı var
-
Avropa09:27Almaniya dağılır? - Baş nazir "böhran yaşanır" dedi
-
MDB09:18Paşinyan göldə hamam xalatı geyinən yeganə insandır - Kazaryan
-
Dünya09:00Modi həmkarlarını görün nələrə qonaq etdi
-
Region08:48Türkiyədə toydan qayıdanlar qəza düşdülər - Çox sayda yaralı var
-
Avropa07:30Bu il Ukrayna iqtisadiyyatına görün nə qədər zərər dəyəcək - RƏQƏMLƏR
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Region06:16“Kirayə götürmüşük” dediyi qızıllar odunluqdan çıxdı - VİDEO






























