İdman
Əfsanə mükafatlarını satışa çıxardı
Əfsanəvi niderlandlı yarımmüdafiəçi Uesli Sneyder şəxsi mükafatlarından ikisini satışa çıxarıb.
Publika.az xəbər verir ki, bu barədə “TalkSport” məlumat yayıb.
Söhbət 2010-cu il Dünya Kubokunun ikinci ən yaxşı oyunçusuna verilən “Gümüş Top” və 2014-cü il Dünya Kubokunun bürünc mükafatlarından gedir. Onlar “Match Worn Shirt” veb saytında satılır.
“Bunlar mənim üçün çox əziz olan əşyalardır. Düşünürəm ki, bu anları futbol azarkeşləri və bu əşyaların arxasındakı tarixi həqiqətən qiymətləndirən kolleksiyaçılarla bölüşmək çox gözəldir”, – deyə yarımmüdafiəçi bildirib.
Xatırladaq ki, 2010-cu il Dünya Kubokunda Sneyder 5 qol vuraraq Niderland millisinin finala yüksəlməsinə kömək etmişdi və komanda İspaniyaya 0:1 hesabı ilə məğlub olmuşdu.
-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar
-
Region03:43Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı
-
Sağlamlıq03:13Piylənmə üçün mükəmməl vasitə kəşf edildi
-
ABŞ02:12"SpaceX"in gəlirləri kəskin artırdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ


















.jpg)















