Dünya
Trampı Ankarada təyyarədən qaçıran avtomobilin sahibi bu türk imiş
ABŞ prezidenti Donald Trampın Ankarada keçirilən NATO sammitindən sonra ölkəsinə qayıdarkən baş verən hadisə ilə bağlı diqqətçəkən detallar ortaya çıxıb.
Publika.az xəbər verir ki, bu barədə “Haber7” məlumat yayıb.
Bildirilib ki, Trampın təyyarəsinə İran tərəfindən hücum təhlükəsi barədə kəşfiyyat məlumatı daxil olub. Bundan sonra o, kameralar qarşısında “Air Force One”-a minsə də, daha sonra gizli şəkildə təyyarədən çıxarılaraq “Do&Co” şirkətinə məxsus xidmət maşını ilə başqa ABŞ təyyarəsinə keçirilib.
Tramp hadisə ilə bağlı “Gizli Xidmətin göstərişinə əməl etdim, düşünürəm ki, bir təhlükə var idi” deyib.
Trampı uçuş-enmə meydanında daşıyan avtomobilin bağlı olduğu şirkətin Türkiyə vətəndaşı, Avstriyanın tanınmış iş adamı Atilla Doğudana məxsus olduğu bildirilir. 1981-ci ildə Vyanada yaradılan şirkətin sahibinin sərvətinin 93 milyard lirə olduğu vurğulanıb.
Hadisə ilə bağlı hazırlanan “The Decoy Plane” adlı sənədli filmdə isə təyyarə dəyişdirmə əməliyyatının Trampdan başqa heyətdə heç kimə məlum olmadığı qeyd olunub.
Müəllif: Roza
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
MDB09:37Ukrayna müharibə başlayandan lokomotiv parkının 17%-ni itirib
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
































