Səhiyyə
Ürəyi uzunmüddətli qorumağın yeni üsulu tapıldı
Alimlər müəyyən ediblər ki, rüşeym inkişafı mərhələsində süni mitoxondrial stress siçanlara kimyaterapiyanın toksik təsirindən ürəyin uzunmüddətli mühafizəsini təmin edir. Bu prosesdə sitrat adlı molekul mühüm rol oynayır.
Publika.az xəbər verir ki, tədqiqat “Science Advances” jurnalında dərc olunub.
Mitoxondrilər hüceyrələrin “enerji stansiyalarıdır” və onların fəaliyyəti adətən hüceyrələrə zərər verən aktiv oksigen formalarının (AOF) yaranması ilə müşayiət olunur. Uzun müddət hesab olunurdu ki, bu zədələnmə ilə antioksidantlar vasitəsilə mübarizə aparmaq lazımdır, lakin klinik sınaqlarda belə preparatlar əsasən uğursuz nəticələnib. Alimlər gözlənilməz bir fərziyyəni yoxlamaq qərarına gəliblər: mülayim mitoxondrial stress, əksinə, hüceyrələri bərkitməyə qadirdir.
Metyu Donnellinin rəhbərlik etdiyi Salk İnstitutunun tədqiqatçıları siçanlarda embrion inkişafı mərhələsində idarəolunan mitoxondrial stress yaradıblar. Məlum olub ki, bu zaman hüceyrələrdə kimyəvi siqnal rolunu oynayan sitratın səviyyəsi yüksəlib və o, epigenetik dəyişiklikləri — genlərin fəallığının “yenidən tənzimlənməsini” işə salıb ki, bu da hüceyrələri daha dözümlü edib.
Belə siçanlar sonradan ürəyə zədələyici təsiri ilə tanınan geniş yayılmış kimyaterapiya preparatı doksorubisinlə müalicə olunduqda, onların ürək əzələsi toksik təsirdən xeyli dərəcədə yaxşı qorunub.
“Antioksidant terapiya aktiv oksigen formalarının zərərli təsirini yumşaltmaq üçün işlənib hazırlanmışdı, lakin klinik sınaqlarda o, əsasən özünü doğrultmadı”, - deyə müəlliflərdən biri Cerald Şeydel qeyd edib.
Onun sözlərinə görə, yeni iş tamamilə başqa bir yolu nümayiş etdirir: stressi boğmamaq, əksinə, onu hüceyrələr üçün “məşq” kimi istifadə etmək.
Hüseyn İbadlı
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj











.png)






















