Region
Türkiyədə toydan qayıdanlar qəza düşdülər - Çox sayda yaralı var
Türkiyənin Bartın şəhərində sərnişin mikroavtobusunun yük avtomobili ilə toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az xəbər verir ki, toy məclisindən qayıdan qonaqları daşıyan mikroavtobus hərəkətdə olarkən kiçik tutumlu yük avtomobili ilə toqquşub. Güclü zərbənin təsirindən idarəetməni itirən mikroavtobus yoldan çıxaraq elektrik dirəyinə çırpılıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım və polis briqadaları cəlb olunub. Qəza nəticəsində 3-ü uşaq olmaqla 19 sərnişin və hər iki nəqliyyat vasitəsinin sürücüsü olmaqla ümumilikdə 21 nəfər yaralanıb.
Yaralılar ilkin tibbi yardımdan sonra təcili yardım maşınları ilə Bartın Dövlət Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən ilkin məlumata görө, onların vəziyyəti nəzarət altındadır.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanıb.
Hüseyn İbadlı
-
Magazin119:24Aktrisa Leyla Musayeva vəfat etdi
-
Dünya19:12Astronomlar Süd Yolunun dəqiq kütləsini müəyyən etdilər
-
Region18:12İranın Qeşm adasında silsilə partlayışlar baş verdi
-
Rəsmi xronika17:36Prezident Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi - FOTO
-
Cənubi Qafqaz15:52Moskva-İrəvan xəttində dəmir yolu böhranı - Ermənistan Rusiyaya etiraz edir
-
Rəsmi xronika15:43İlham Əliyev Azərbaycanla Özbəkistan arasında iki sənədi təsdiqlədi
-
Sosial15:22Birdəfəlik sosial müavinətlər ödənildi
-
Magazin114:46“Boşanmalarda 99% qız tərəfi günahkardır” - Aşıq Zülfiyyə





































