Nida Təhlil
Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
Rusiya prezidenti Vladimir Putin Prezident İlham Əliyevə zəng edib. İqtisadi-ticari və humanitar əməkdaşlığın bir sıra aktual məsələlərini müzakirə edən liderlər ikitərəfli əlaqələrin müxtəlif səviyyələrdə intensivləşdirilməsi barədə razılıq əldə edib.
Son dövrlər Bakı-Moskva xəttində təmasların artması ikitərəfli münasibətlərdə Rusiyadan qaynaqlanan problemləri müəyyən qədər arxa plana keçirib. Putinin Əliyevə indi zəng etməsinin isə iki mümkün səbəbi görünür.
Birincisi, Bişkekdəki söhbətin davam etdirilməsidir;
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkek Zirvəsində Əliyevlə Putin ayaqüstü söhbət etmişdi. Mümkündür ki, bu söhbətdə ikitərəfli əlaqələrlə bağlı müzakirələrin davam etdirilməsinə də toxunulub və Putin indi birbaşa zənglə Bişkek söhbətini genişləndirir.
İkincisi, bu zəngə Moskva-İrəvan xəttində baş verənlər fonunda baxa bilərik.
Ermənistanla münasibətlərdəki gərginlik Moskvanın təkcə bu ölkədə yox, Cənubi Qafqazdakı mövqelərinə də risklər yaradır. Rusiya Azərbaycanla təmasları sıxlaşdırmaqla ikitərəfli münasibətləri düz xəttə çıxarmaq, bölgədəki mövqelərinə mümkün riskləri ən azı kompensasiya etməyə çalışır. Moskva anlayır ki, Ermənistanın iqtisadi buxovlardan xilas olması da Azərbaycandan asılıdır:
- Bakı-İrəvan ticarət əlaqələrinin genişlənməsi cari dövrdə Ermənistan üçün müəyyən “nəfəslik” yarada bilər;
- Ermənistanın Türkiyə ilə sərhədlərinin açılması və Avropa bazarına çıxış imkanları da Azərbaycanla yekun sülh sazişinin imzalanmasından asılı olacaq;
Bu kontekstdə Moskvanın Cənubi Qafqaz siyasətini Bakı ilə yaxınlaşmaq xətti üzərindən davam etdirmək istəkləri görünür. Və bu, Rusiya üçün bölgədə ABŞ-la rəqabət imkanlarını tamamilə itirməmək, yaxud dəyişən regional güc balansında ən azından mövqelərini müəyyən qədər qorumaq baxımından əhəmiyyətlidir. Lakin Rusiyanın bu xətti təkcə regional maraqlardan yox, eyni zamanda, Avrasiyadakı güc balansına ciddi təsir edən nəqliyyat dəhlizlərinə çıxış, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı və Azərbaycan üzərindən Orta dəhlizdə iştirak baxımından da vacibdir.
Asif Nərimanlı
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR















.jpg)

.jpg)



.jpg)
















