Dünya
Süni intellekt kosmosa çıxır: Maskın 2027-ci il planı bəlli oldu
“SpaceX” şirkəti 2027-ci ildən etibarən “Nvidia Vera Rubin NVL72” süni intellekt superkompüterlərini orbitə çıxarmağa başlayacaq.
Publika.az xəbər verir ki, bunu “SpaceX”in qurucusu, amerikalı milyarder İlon Mask “X” sosial şəbəkəsində açıqlayıb. O, bu planın reallaşacağına şübhə etmədiyini bildirib.
Bundan əvvəl “Anthropic” şirkətinin rəhbəri Dario Amodei qabaqcıl süni intellekt modellərinin inkişafının yavaşladılmasına çağırıb. O xəbərdarlıq edib ki, artıq 6–12 aydan sonra muxtar süni intellekt agentləri nəzəri olaraq interneti ələ keçirə və yüz milyardlarla dollar həcmində zərərə səbəb ola bilər.
Amodeinin çağırışını “SpaceX” və “OpenAI” rəhbərləri də dəstəkləyiblər. Onlar ABŞ Konqresində müdafiə sistemlərində süni intellektin zərurət yarandıqda dərhal söndürülməsinə imkan verən mexanizmin yaradılmasını tələb ediblər.
İlon Mask da dəfələrlə süni intellektin yaratdığı təhlükələrdən danışıb. O, texnologiyanın nəzarətsiz inkişafının “Terminator” filmini xatırladan ssenariyə gətirib çıxara biləcəyini bildirib.
Ləman
-
Kriminal08:24Kişi sevgilisini evdə hazırlanmış silahla öldürdü
-
MDB08:00Putin ad gününü keçmiş xarici liderlə qey edib - FOTO
-
İKT07:47"Apple" yeni təqdimatın tarixini açıqladı - Yeni hibrid cihaz gəlir...
-
Ekologiya07:17Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
Magazin206:16Ulduzun yerişi izləyiciləri çaş-baş saldı: "Maral balasına oxşayır" - VİDEO
-
Magazin204:44Selin Dion konsert zamanı səhnədə yıxıldı
-
Sağlamlıq04:14Bağırsaq iltihabını azalda giləmeyvələr - Tərkibində nələr var?
-
İKT03:13"Windows 11" "Windows XP"dən daha bir xüsusiyyəti geri qaytarır




















.png)











