Region
İstanbulda 300 iş yeri və 200 avtomobilə ziyan dəydi
Türkiyənin İstanbul şəhərində güclü yağışların səbəb olduğu sel və daşqınların fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum təbii fəlakətlə bağlı keçirilən Koordinasiya Toplantısında bildirib.
Nazirin sözlərinə görə, İstanbulda 48 torpaq sürüşməsi hadisəsi qeydə alınıb, güclü yağışlar nəticəsində 53 istinad divarı uçub. Koordinasiya mərkəzinə ümumilikdə 9 min 755 müraciət daxil olub, müvafiq qurumlar onların 7 min 800-nə operativ müdaxilə ediblər.
Murat Kurum qeyd edib ki, yalnız Ayazağa ərazisində 300 iş yerinə və 200 avtomobilə dəymiş ziyan müəyyənləşdirilib.
Nazir bildirib ki, dəymiş ziyanın qiymətləndirilməsi işlərinin həftəsonunadək başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, təbiət hadisəsi ilə bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi İstanbulda köməksiz vəziyyətdə qalan 3 min 55 nəfərin xilas edildiyini deyib.
Hazırda İstanbulda 5, Kocaeli vilayətində isə 1 nəfərin axtarışları davam etdirilir.
-
Səhiyyə09:00Səhər başağrısı ilə oyanırsınız? - Həkim gizli səbəbləri açıqladı
-
Avto08:48Tesla uçan avtomobilini təqdim etdi
-
Səhiyyə08:00İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
-
Magazin207:47Böyrək çatışmazlığından əziyyət çəkən məşhur aktrisa öldü
-
ABŞ07:30Tramp İrana qarşı nüvə silahından istifadə ehtimalından danışdı
-
İdman06:46Ronaldonun taleyi necə olacaq? - Bacısından diqqətçəkən açıqlama
-
Magazin206:16Kendall Cenner məşhur brendin reklamı üçün soyundu - FOTO/VİDEO
-
Dünya05:15“El-Ninyo” dəhşətli fəlakətlərə səbəb olacaq



































