Dünya
Kardaşyana qarətlə bağlı cəmi 1 avro təzminat ödəniləcək
ABŞ-ın erməni əsilli məşhur modeli Kim Kardaşyana 2016-cı ildə Parisdə məruz qaldığı silahlı qarət işi üzrə simvolik olaraq 1 avro təzminat ödənilməsi qərara alınıb.
Publika.az xəbər verir ki, bu barədə “Reuters" məlumat yayıb.
Bildirilib ki, Paris məhkəməsi Kardaşyanın iddiası üzrə bir neçə məhkum edilmiş şəxsə qarşı qərar çıxarıb. 2016-cı ilin oktyabrında silahlı şəxslər ulduzun qaldığı otel otağına daxil olaraq onu bağlayıb və təxminən 10 milyon avro dəyərində zinət əşyalarını oğurlayıblar. Oğurlanan əşyalar bu günədək tapılmayıb.
2025-ci ilin mayında Paris məhkəməsi qarətdə təqsirləndirilən 10 nəfər barəsində hökm çıxarıb. Dəstənin başçısı Aomar Ayt Kedaş 8 il müddətinə azadlıqdan məhrum edilib.
İki nəfər bəraət alıb, lakin onlardan biri 5 min avro təzminat ödəməlidir. Bu məbləğin bir hissəsinin Kardaşyana, digər hissəsinin isə hadisə zamanı Hotelin qapıçısına ödənilməsi nəzərdə tutulub.
Müəllif: Roza
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər


































