Dünya
13 min hədəf, 10 min uçuş: İranla müharibədə ABŞ bazalarında nələr yaşanıb?
28 fevralda başlayan ABŞ-İsrail və İran qarşıdurması fonunda Yaxın Şərqdə gərginlik davam edir. İranın ABŞ-ın bölgədəki hərbi obyektlərinə raket və dronlarla hücumları nəticəsində bir sıra bazalarda ciddi dağıntılar qeydə alınıb.
Publika.az xəbər verir ki, ABŞ Konqresinin Araşdırma Xidmətinin məlumatına görə, qarşıdurmalar zamanı ABŞ ordusu ən azı 42 hava vasitəsini itirib.
İtkilər arasında 4 “F-15E”, 1 “A-10”, 1 “E-3 AWACS”, 1 “HH-60W”, 4 “AH-6”, 1 “AH-64”, 1 “MH-60”, 1 “MQ-4C” və təxminən 30 “MQ-9” pilotsuz uçuş aparatı var. Həmçinin 1 “F-35A” və 7 “KC-135” zədələnib və ya məhv edilib.
ABŞ Hərbi Hava Qüvvələrinin komandanı general Kenneth Uilsbach bildirib ki, İrana qarşı əməliyyatlarda 500 təyyarə tərəfindən təxminən 10 min uçuş həyata keçirilib və 13 mindən çox hədəf vurulub. Döyüşlər zamanı 48 aerodromda təmir işləri aparılıb, 420 partlayıcı maddə zərərsizləşdirilib və bazalarda ən azı 1200 dəfə həyəcan siqnalı verilib.
Uilsbach bəzi bazalarda hərbçilərin raket hücumları zamanı ciddi təhlükə ilə üzləşdiyini də açıqlayıb. Bir hücum zamanı təyyarə yanıb və qapının sıradan çıxması nəticəsində içəridəki hərbçilər orada qalıb. Onlar yanğın və partlayış təhlükəsi altında xilas ediliblər.
Digər hadisədə İran üzərində F-15-in vurulmasından sonra iki pilotun xilas edilməsi üçün 50 saatlıq əməliyyat keçirilib. Əməliyyat zamanı 176 hava vasitəsi vahid mərkəzdən idarə olunub.
Müəllif: Roza
-
Rəsmi xronika16:21Prezident onu sədr təyin etdi - Sərəncam
-
Nida Xəbər 16:06Azərbaycan bir yana, dünya bir yana, nə Fələstini? - Özdil
-
Nida Xəbər 14:38Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi
-
Nida Xəbər 12:19Bu şəxslərə ev təklif ediləcək - Deputat
-
Nida Xəbər 12:13Səbinə Əliyeva yenidən ombudsman seçildi
-
Region11:30Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Hansı nazirliyə nə qədər ayrılacaq?
-
Rəsmi xronika11:28İlham Əliyev Keniyanın Azərbaycandakı yeni səfirini qəbul etdi - FOTO
-
ABŞ09:45Yadplanetlilərin yeri bəlli oldu - ABŞ admiralından sensasion iddia: Orada axtarın































.jpg)


