Dünya
İsraildə Türkiyənin Hərbi Dəniz Qüvvələri ilə bağlı təşviş - Məlumat sızdırıldı
İsrail təhlükəsizlik rəsmiləri Türkiyə Hərbi Dəniz Qüvvələrinin sualtı qayıq imkanlarının genişlənməsini əsas gətirərək ölkənin sualtı qayıq donanmasının 8-ə çatdırılmasını tövsiyə edib.
Publika.az xəbər verir ki, bu barədə İsrail Ordu Radiosu məlumat yayıb.
Bildirilib ki, hazırda Türkiyənin 14 əməliyyat qabiliyyətli sualtı qayığı var və bu sayın qarşıdakı illərdə 18-ə yüksələcəyi gözlənilir. İsrailin isə hazırda 5 sualtı qayığı mövcuddur, 6-cı sualtı qayığın yaxın zamanda ölkəyə çatacağı bildirilir.
Məlumata əsasən, Təl-Əviv Almaniya istehsalı olan yeni nəsil sualtı qayıqlarla donanmanı genişləndirməyi nəzərdən keçirir. Almaniya ilə son razılaşmaya əsasən, İsrailin 7-ci sualtı qayığı eyni qiymətə almaq opsiyası var. Müdafiə rəsmiləri əvvəlcə bu hüquqdan qiymət artımından əvvəl istifadə etməyi, daha sonra isə 8-ci sualtı qayığın alınması ilə bağlı danışıqlar aparmağı planlaşdırır.
İsrailli yüksək səviyyəli müdafiə mənbələrinin sözlərinə görə, yeni sualtı qayıqların alınması ilə bağlı qərarın seçkilərə qədər həyata keçirilməsi gözlənilmir. Bu addımın növbəti hökumət tərəfindən atılacağı bildirilir.
Müəllif: Roza
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı






.jpg)

















.jpg)













