Dünya
Ben-Qvir özü üçün nazirlik "seçdi"
İsrailin ifrat sağçı “Yəhudi Gücü” partiyasının lideri, Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir partiyasının seçki vədlərini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
Bildirilib ki, Ben-Qvir özü üçün Müdafiə Nazirliyini, partiyanın aparıcı simalarından Talli Qotliv üçün isə Ədliyyə Nazirliyini tələb edib.
Onun açıqladığı planlar arasında Qəzza zolağı və işğal altındakı İordan çayının qərb sahilində yaşayan fələstinlilərin əraziləri tərk etməyə “təşviq edilməsi”, baş prokurorun vəzifədən uzaqlaşdırılması, ordu üzərindəki hüquqi məhdudiyyətlərin yumşaldılması və məhkəmə sisteminin müstəqilliyinin zəiflədilməsi yer alıb.
Ben-Qvir hərbi gücdən istifadəyə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını və fələstinlilərin sürgün edilməsinə yönəlmiş siyasətin həyata keçirilməsini hədəfləyir.
Bu arada, daha əvvəl Baş nazir Binyamin Netanyahunun “Likud” partiyasından ayrılaraq “Yəhudi Gücü”nə qoşulan Talli Qotliv isə ali məhkəmə sistemi və baş prokurorluq da daxil olmaqla, icra hakimiyyətinə nəzarət mexanizmlərinin zəiflədilməsini müdafiə edir.
Müəllif: Roza
-
Nida Xəbər 09:51Dövlət və hökumət rəsmiləri Zəfər Tağı abidəsini ziyarət etdilər
-
Nida Xəbər 09:36Nazir: Ərazi bütövlüyünün bərpası Azərbaycanın qüdrətini daha da artırdı
-
İKT09:27Azərbaycan mediası Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verdi
-
Ekologiya07:17Zəfər Gününün hava proqnozu açıqlandı
-
İdman06:46PSJ-yə bir qol bəs etdi
-
Magazin106:16Məşhur model 31 yaşını bağ evində qeyd etdi - FOTO
-
Magazin104:44“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
İdman04:30"Real" səfərdə "Valensiya"nı darmadağın etdi


































.jpg)

