Dünya
Dövlət içində dövlət: İranı ayaqda saxlayan nədir?
İran-ABŞ və İsrail qarşıdurmasında əsas aktorlardan biri olan İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ölkənin təkcə hərbi deyil, siyasi və iqtisadi həyatında da mühüm təsirə malikdir. Bəzi ekspertlər qurumu “dövlət içində dövlət” adlandırır.
Publika.az xəbər verir ki, bu barədə “Milliyet” nəşri məqalə dərc edib.
Bildirilib ki, SEPAH 1979-cu ildə Ayətullah Xomeyninin göstərişi ilə yeni rejimi qorumaq və ordunun mümkün çevriliş cəhdlərinə qarşı balans yaratmaq məqsədilə yaradılıb. Birbaşa dini liderə tabe olan qurumun 150 mindən çox hərbçiyə malik olduğu təxmin edilir.
SEPAH-ın əsas strukturlarına quru, hava və dəniz qüvvələri, həmçinin Bəsic milisi və xaricdə fəaliyyət göstərən Qüds Qüvvələri daxildir. Bəsic müxtəlif illərdə İrandakı rejim əleyhinə etirazların yatırılmasında iştirak edib.
Qüds Qüvvələri isə İranın regiondakı əsas müttəfiqlərinə dəstək verir. Qurumun "Hizbullah", HƏMAS, "Həşdi Şabi" və "Husilər"lə əlaqələri, həmçinin Suriya müharibəsində Bəşər Əsəd hökumətinə dəstəyi məlumdur. Qüvvələrə 1998-2020-ci illərdə Qasım Süleymani rəhbərlik edib.
SEPAH-ın təsiri iqtisadiyyata da uzanır. Qurumun neft, tikinti və digər sahələrdə geniş imkanlara malik olduğu bildirilir.
Hazırda SEPAH-a Əhməd Vahidi, Qüds Qüvvələrinə İsmayıl Qaani, Bəsicə isə Hüseyn Taeb rəhbərlik edir.
Qeyd edək ki, SEPAH-ın xarici fəaliyyəti də beynəlxalq mübahisələrin əsas mövzularındandır. ABŞ 2019-cu ildə SEPAH-ı terror təşkilatı kimi tanıyıb. Kanada 2024-cü ildə, Avropa İttifaqı isə 2026-cı ilin yanvarında eyni addımı atıb.
Müəllif: Roza
-
Rəsmi xronika12:10Prezident ad günü münasibətilə Kobaxidzeni təbrik etdi
-
Rəsmi xronika12:00Prezident forum iştirakçılarına müraciət etdi - YENİLƏNDİ
-
Dünya11:48Yaponiya fəlakətə belə hazırlaşır
-
Sosial11:18Hərbçilərə şad xəbər: Maaşları bu qədər artırılacaq
-
İdman10:42Dünyanın ən seksual qolfçusu bir saat ərzində belə dəyişdi - FOTOLAR
-
Dünya10:30Trampın türk kürəkəni: Toyda özü də iştirak edəcək - FOTO
-
MDB09:30Rusiya vilayətlərinə kütləvi hücum: Ukrayna dronları Ural dağlarına çatdı, itkilər var
-
Ekologiya09:27Yağış yağır - FAKTİKİ HAVA


















.jpg)






.jpg)








