ABŞ Ermənistanın 59 media orqanına pul ayırırmış
Bizi izləyin

Dünya

ABŞ Ermənistanın 59 media orqanına pul ayırırmış

ABŞ Ermənistanın 59 media orqanına pul ayırırmış

ABŞ “Ermənistanda Media Proqramı” çərçivəsində Ermənistan media qurumlarını, jurnalistlərini və bloqçularını maliyyələşdirmək üçün təxminən 7,5 milyon dollar ayırıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ hökumətinin xərclərinə dair hesabatda bildirilir.

Əvvəlcə Vaşinqton proqrama 15 milyon dollar xərcləməyi planlaşdırıb.

Proqram 2023-cü ildə başlayıb və 2028-ci ilə qədər fəaliyyət göstərməli idi, lakin 2 ildən sonra maliyyələşdirmə dayandırılıb.

Vəsaitlər müstəqil medianı dəstəkləyən beynəlxalq qeyri-kommersiya təşkilatı "Internews" vasitəsilə təmin edilib.

2024-cü ilin dekabr ayına olan məlumata görə, proqram çərçivəsində 59 Ermənistan media orqanı dəstək alıb və 338 media nümayəndəsi təlim keçib. Layihənin dəstəyi ilə jurnalistlər və bloqçular 805 material dərc ediblər.

Proqram Donald Trampın ikinci müddəti başlayanda dayandırılıb və onun administrasiyası USAID də daxil olmaqla xarici layihələrin maliyyələşdirilməsini nəzərdən keçirməyə başlayıb.

Ermənistan media layihəsi olan “Internews” üçün qrant maliyyələşdirilməsi 1 mart 2025-ci ildə dayandırılıb.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm