Dünya
Pxenyan Seula xəbərdarlıq etdi: Cavab zərbəsinin əsas hədəfi...
Şimali Koreya Cənubi Koreyanın ABŞ-ın hərbi strategiyasına daha sıx inteqrasiya olunmasının onu mümkün cavab zərbələrinin əsas hədəfinə çevirə biləcəyi barədə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, Koreya Mərkəzi Teleqraf Agentliyində (KCNA) yayımlanan məqalədə Seulun ABŞ-ın kollektiv müdafiə sistemində “həlledici mərkəzə” çevrildiyi bildirilib.
Məqalənin müəllifi Kan Çxol Su ABŞ və Cənubi Koreya arasında hərbi əməkdaşlığın genişlənməsinin regionda təhlükəsizlik risklərini artırdığını iddia edib.
Yazıda Cənubi Koreyada MQ-9 Reaper pilotsuz uçuş aparatlarının yerləşdirilməsi, F-16 qırıcılarının əlavə göndərilməsi və Seulun RIMPAC, Pacific Vanguard kimi beynəlxalq hərbi təlimlərdə iştirakı qeyd olunub.
Bundan başqa, Cənubi Koreyanın müdafiə büdcəsini artırması, nüvə sualtı qayığının inşası planı, raketdən müdafiə sistemlərinə qoşulması və ABŞ-dan genişmiqyaslı silah alışı da Pxenyanın diqqətinə çatdırılıb.
Kan Çxol Su bildirib ki, Şimali Koreya vəziyyəti izləyir və milli təhlükəsizliyinə təhlükə yaranacağı təqdirdə cavab tədbirləri görməyə hazırdır. Məqalədə mümkün cavabın konkret olaraq nədən ibarət olacağı açıqlanmayıb.
Müəllif: Adəm
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Ekopublika.az08:49Bakıda torpaqların qiyməti kəskin dəyişdi - Səbəb açıqlandı
-
ABŞ02:43Tramp elan etdi: ABŞ İranda “Dəmir qapı” qrupunu işə saldı
-
Qoroskop01:20Günün ulduz falı: planlarınızı dəyişdirməli olacaqsız
-
Region00:27İranın Qeşm adasında partlayışlar oldu
-
ABŞ8 Noyabr 23:55Nə dərəcədə güclü zərbə endirəcəyimi təsəvvür belə edə bilməzsiniz - Trampdan İrana xəbərdarlıq
-
Dünya8 Noyabr 21:5133 ölkədən vətəndaşlarına təcili çağırış - Nə baş verir?



















.jpg)




.jpg)

.jpg)







.jpg)


