Dünya
Sanduya qarşı impiçment təşəbbüsü: 46 deputat imza atdı
Moldova parlamentində hakim Fəaliyyət və Həmrəylik Partiyasına (PAS) daxil olmayan 46 deputat prezident Maya Sandunun vəzifədən kənarlaşdırılması ilə bağlı təşəbbüs irəli sürüb.
Publika.az xəbər verir ki, müxalif deputatlar Sandunu dövlətə xəyanət, hakimiyyəti qəsb etmək, korrupsiya və ölkədə parçalanma yaratmaqda ittiham edirlər.
İmpiçment təşəbbüsünü təqdim edən Moldova İnkişaf və Birlik Partiyasının rəhbəri İon Kiku ölkənin suverenliyi və ərazi bütövlüyünün zəiflədiyini iddia edib. Onun sözlərinə görə, Avropa İttifaqına iki mərhələdə, Dnestrin sol sahili olmadan üzv olmaq ideyasının irəli sürülməsi buna nümunədir.
Kiku həmçinin Sandunu hakimiyyət bölgüsü prinsipini pozaraq parlamenti, hökuməti, prokurorluğu və məhkəmə sistemini öz nəzarətinə almaqda ittiham edib. O, ölkədə hüquq və azadlıqların, ədalət mühakiməsinə çıxışın və fikir azadlığının pozulduğunu bildirib.
Müxalifət prezidentə qarşı korrupsiya ittihamlarını da irəli sürüb. İddialara görə, Sandu Qərb fondlarından pul mükafatları alır, onun yaxın çevrəsi və qohumları isə dövlət sektorunda yüksək maaş və dövlət sifarişləri əldə edirlər.
Moldova parlamentində ümumilikdə 101 deputat var. Hakim PAS 55 mandata sahibdir. Konstitusiyaya əsasən, prezidentin vəzifədən kənarlaşdırılması təşəbbüsünün irəli sürülməsi üçün azı 34 deputatın dəstəyi tələb olunur. Sandunun impiçmenti üçün isə parlamentdə 67 səs lazımdır.
Müəllif: Adəm
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı















.jpg)




.jpg)


.jpg)













