Dünya
“İsrail torpağı” kimi göstərdilər: ABŞ qəzetində qalmaqallı xəritə yayıldı
ABŞ-ın nüfuzlu “Los Angeles Times” nəşrində yayımlanan turizm reklamı ciddi etirazlara səbəb olub.
Publika.az xəbər verir ki, İsrail Turizm Nazirliyinin maliyyələşdirdiyi reklamda Aralıq dənizindən İordan çayına qədər uzanan ərazi bütövlükdə İsrail torpağı kimi göstərilib.
Xəritədə Fələstin əraziləri, o cümlədən Qəzza, İordan çayının qərb sahili və Qolan təpələri ayrıca göstərilməyib. Sosial media istifadəçiləri qəzetin Fələstin ərazilərini xəritədən silməklə İsrailin işğalına haqq qazandırdığını bildiriblər.
Etirazlardan sonra qəzetin müxbiri Ceyms Kelli açıqlama verərək reklamın redaksiya heyətindən asılı olmadığını vurğulayıb. O, reklamı hazırlayan “LA Times Studios”-un qəzet sahibinin idarə etdiyi və jurnalistika fəaliyyəti ilə əlaqəsi olmayan ayrıca şirkət olduğunu bildirib.
Məlumata görə, xəritə beynəlxalq hüquq baxımından da mübahisəlidir. Belə ki, BMT Təhlükəsizlik Şurasının 2016-cı il qətnaməsində İsrailin Fələstin ərazilərində məskunlaşma fəaliyyətlərinin qanunsuz olduğu vurğulanıb. Beynəlxalq Ədalət Məhkəməsi isə 2024-cü ilin iyulunda İsrailin işğalının hüquqa zidd olduğu qənaətinə gəlib.

Müəllif: Roza
-
Rəsmi xronika11:18Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir - İlham Əliyev
-
Dünya10:56“İsrail torpağı” kimi göstərdilər: ABŞ qəzetində qalmaqallı xəritə yayıldı
-
Rəsmi xronika10:36YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış edir - YENİLƏNDİ
-
Sosial08:36Bakının iki rayonu qazsız qalacaq
-
Avto05:15Elektrikli avtomobillə nə qədər qənaət edə bilərik?
-
Magazin104:44Samirə qaraya büründü - FOTO
-
MDB03:43Putin plenar sessiyada Azərbaycanla bağlı nə deyib?
-
İdman02:12Ronaldo olmadan Portuqaliya millisi qələbə qazandı




































.jpg)

