Növbəti siyasi böhran qapıda - Netanyahunun bloku çoxluğu təmin edə bilmədi
Bizi izləyin

Yaxın Şərq

Növbəti siyasi böhran qapıda - Netanyahunun bloku çoxluğu təmin edə bilmədi

Növbəti siyasi böhran qapıda - Netanyahunun bloku çoxluğu təmin edə bilmədi

İsraildə Baş nazir Binyamin Netanyahunun “Likud” partiyasının rəhbərlik etdiyi hakim koalisiya seçicilərin səslərinin 100 faizinin hesablanmasının nəticələrinə görə seçkilərdə öndədir, lakin parlamentdə çoxluq əldə edə bilməyib.

Publika.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

MSK-nın məlumatına görə, “Likud” partiyası 120 yerlik parlamentdə 27 mandat qazanaraq ən çox yerə sahib partiyaya çevrilib. Hakim koalisiya ümumilikdə hələlik 53 mandat əldə edib. Qadi Ayzenkotun rəhbərlik etdiyi əsas müxalifət partiyası “Yaşar” isə 21 mandatla ikinci yerdədir. Müxalifət bloku ümumilikdə 48 mandat qazanıb. İsrail parlamentində 120 yer var və çoxluq əldə etmək üçün ən azı 61 mandat lazımdır.

Xatırladaq ki, İsraildə parlament seçkiləri oktyabrın 27-də keçirilib. Seçici fəallığı 77,7 faizə çataraq son 25 ilin ən yüksək göstəricisi olub.

Politoloq Saymon Tsipis bildirib ki, İsraildə seçkilərin ilkin nəticələri Netanyahunun tərəfdarlarının da, müxalifətin də zəruri olan 61 mandatlıq çoxluğu əldə edə bilmədiyini göstərir. Ekspertin sözlərinə görə, bu, hökumətin formalaşdırılmasını çətinləşdirə və növbəti siyasi böhrana səbəb ola bilər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm