Dünya
Cənubi Koreyalı haker 25 min müştəri məlumatını ifşa etdi
Cənubi Koreya Prezidenti Li Ce Myon bankların və digər maliyyə təşkilatlarının müştərələrinin şəxsi məlumatlarının sızmasına səbəb olmuş bir sıra kiberhücumların hərtərəfli təhqiqatının aparılmasını tapşırıb.
Publika.az xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.
Son günlərdə ölkənin bir neçə iri bankı, o cümlədən “Shinhan Bank”, “KB Kookmin Bank” və “Hana Bank” kiberinsidentlər barədə məlumat veriblər. Hakimiyyət qorxur ki, hücumlar qarşılıqlı əlaqəli ola bilər, onların miqyası isə hazırda təsdiq olunandan daha böyükdür.
Cümə axşamı “Shinhan Bank” təxminən 25 min müştərinin məlumatlarının sızdığını bildirib. Oğurlanmış məlumatlar arasında adlar, telefon nömrələri və illik gəlir barədə məlumatlar var. Bank sektorunun mənbələri ehtimal ediblər ki, hakerlər süni intellektin müasir alətlərindən istifadə etmiş ola bilərlər.
“Hana Bank”dan 89 müştərinin məlumatları sızıb. Daha bir neçə bank, o cümlədən “Woori Bank” və “NH NongHyup Bank” buna bənzər sındırma cəhdlərinə məruz qalıb, lakin icazəsiz girişin qarşısını alaraq informasiya sızmasının qarşısını ala biliblər.
Prezident Liyə baş verənlər barədə məlumat verilib və o, hakimiyyətə vəziyyətə maksimum ciddi yanaşmağı, hücumları hərtərəfli təhqiq etməyi və gələcəkdə belə insidentlərin qarşısını almaq üçün tədbirlər görməyi tapşırıb.
Cənubi Koreyanın Maliyyə Komissiyası zərərçəkmiş təşkilatların rəhbərləri ilə fövqəladə müşavirə keçirib. Onun sədri bəyan edib ki, qısa müddət ərzində təkcə iri kommersiya banklarında deyil, həm də əmanət banklarında və ixtisaslaşmış kredit şirkətlərinə bir çox təhlükəsizlik pozuntuları aşkar edilib.
Onun sözlərinə görə, hələlik icazəsiz ödənişlərin həyata keçirilməsinə birbaşa imkan verəcək məlumat sızması əlamətləri aşkar edilməyib. Lakin oğurlanmış informasiya səsli fişinq və digər dələduzluq növləri üçün istifadə oluna bilər. Komissiyanın sədri həmçinin hücumların həyata keçirilməsi zamanı süni intellektdən istifadə edildiyini istisna etməyib.
Cənubi Koreya hakimiyyəti süni intellektdən istifadənin hakerlər üçün zəif cəhətlərin aşkar edilməsini və maliyyə təşkilatlarına hücumların həyata keçirilməsini asanlaşdıra biləcəyi narahatlığı fonunda kibertəhdidlərin monitorinqini artıq genişləndirir.
Hüseyn İbadlı
-
Magazin106:16Lalə Məmmədovadan yeni klip
-
Dünya05:45Cənubi Koreyalı haker 25 min müştəri məlumatını ifşa etdi
-
Yaxın Şərq04:14Husilərin hücumundan sonra "Brent" markalı neft kəskin bahalaşdı
-
Səhiyyə02:12Gənclərdə yaddaş itkisinin səbəbi müəyyən edildi
-
Dünya01:41Dünyaca məşhur yazıçı vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Planlaşdırılmamış xərclər aylıq büdcənizi poza bilər
-
Magazin14 Oktyabr 23:36Generalın qızının toydur - FOTOLAR
-
Yaxın Şərq4 Oktyabr 23:24“Flydubai” pilotunun şok planı üzə çıxdı







.jpg)




















.jpg)
