Netanyahunun partiyası seçkilərdə liderdir
Bizi izləyin

Yaxın Şərq

Netanyahunun partiyası seçkilərdə liderdir

Netanyahunun partiyası seçkilərdə liderdir

İsrailin Baş naziri Binyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası Knessetə (parlamentə) seçkilərdə liderlik edir.

Publika.az xəbər verir ki, bu barədə dövlət televiziyası olan Kan-11 telekanalı exit-pollun nəticələrinə istinadla məlumat yayıb.

Exit-pollun məlumatına görə, Netanyahunun partiyası parlamentdə 25 mandat qazanır. Ondan sonra Qadi Ayzenkotun rəhbərlik etdiyi müxalif “Yaşar” partiyası gəlir — 21 yer.

Telekanalın məlumatına görə, hakim “Likud” partiyasının koalisiya bloku ümumilikdə 50, müxalifət bloku isə 51 yer qazanır. Ərəb partiyaları daha 17 mandat əldə edir.

Knessetdə ümumilikdə 120 yer var. Hakim çoxluğu formalaşdırmaq üçün 61 mandat tələb olunur.

Bundan əvvəl İsrailin 12-ci televiziya kanalı məlumat vermişdi ki, Knessetin 26-cı çağırışına seçkilərdə oktyabrın 27-də saat 12:00-a (Bakı vaxtı ilə 14:00) olan məlumata görə, seçici fəallığı 31,5 faiz təşkil edib. Kanalın məlumatına əsasən, bu, 1973-cü ildən bəri İsraildə keçirilən seçkilər üçün rekord göstəricidir və 2022-ci ilin noyabrında keçirilən əvvəlki parlament seçkilərində qeydə alınan nəticəni üstələyir. Həmin vaxtadək seçicilərin 28,4 faizi səs vermişdi.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm