Dünya
ABŞ ordusu qaçdı, sərhəddən 1000 km geri çəkildi: SEPAH-dan sensasion iddia
İran qüvvələri ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərini ölkə sahillərindən təxminən 1000 km geri çəkilməyə məcbur edib.
Publika.az “Press TV”-yə istinadla xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) sözçüsü kontr-admiral Əli Fədəvi bildirib.
Fədavi telekanala verdiyi müsahibədə deyib:
“Amerikalılar sərhədlərimizdən 1000 kilometrdən çox məsafəyə qədər qaçıb geri çəkiliblər. Bu, onların seçimi deyildi, bu, İslam Respublikasının qüdrəti və İİKK-nın quru qüvvələrinin gücü sayəsində baş verib".
O, ilk dəfə olaraq Fars körfəzində, Hörmüz boğazında, Oman körfəzində və hətta Hind okeanının şimalında bir dənə də olsun Amerika gəmisinin qalmadığını bildirib.
O, həmçinin ABŞ hərbi gəmilərinin İİKK-nın raket hücumlarına qarşı "100% həssas" olduğunu qeyd edib.
Fədəvinin açıqlaması ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən İran limanlarının davam edən sərt dəniz blokadası fonunda səslənir. Ötən həftə ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) iyul ayından bəri blokadanın ciddi şəkildə həyata keçirilməsini təmin etmək üçün İran limanlarına girməyə və ya çıxmağa çalışan 125 ticarət gəmisini saxladığını bildirib.
Müəllif: Tural
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 28 Oktyabr 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı

















.jpg)

.jpg)














.jpg)