Dünya
İsraildə Türkiyə qorxusu: Bizim bir ildə əldə etdiyimizi bir həftədə bacarırlar
İsrail mətbuatında Türkiyənin sürətlə inkişaf edən müdafiə sənayesi və Avropanın təhlükəsizlik arxitekturasında artan rolu ilə bağlı diqqətçəkən təhlil dərc olunub.
Publika.az xəbər verir ki, “Makor Rishon” nəşrində yayımlanan analizdə Türkiyənin artıq yalnız silah tədarükçüsü deyil, Avropanın təhlükəsizliyində strateji tərəfdaş olmağa çalışdığı vurğulanıb.
Məqalədə Türkiyənin NATO-dakı hərbi gücü, müdafiə ixracatının artması və Avropa ölkələri ilə genişlənən müdafiə əməkdaşlığı ön plana çıxarılıb.
Təhlildə Türkiyənin ABŞ-dan sonra NATO-nun ikinci ən böyük ordusuna sahib olduğu qeyd edilib. Həmçinin ölkənin müdafiə sənayesinin qlobal silah bazarında 11-ci yerdə olduğu və bazarın 1,8 faizini təşkil etdiyi bildirilib. Türkiyənin müdafiə ixracatındakı artım da xüsusi vurğulanıb. Bildirilib ki, ixrac 2025-ci ildə 48 faiz artıb.
Türkiyənin PUA, tank, zirehli texnika və döyüş gəmisi ixracı ilə bağlı “Əvvəllər bir ildə əldə etdiyimizi indi onlar bir həftədə əldə edirlər" şərhi verilib.
Məqalədə Türkiyənin Avropa ilə müdafiə əlaqələrinin də sürətlə genişləndiyi qeyd olunub. İspaniya, Rumıniya, Polşa və xüsusilə İtaliya ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın dərinləşdiyi vurğulanıb.
Bundan əlavə, “Baykar”ın İtaliyanın “Piaggio Aerospace” şirkətini satın alması və İtaliyanın müdafiə sahəsindəki nəhəngi “Leonardo” ilə tərəfdaşlıq qurması Türkiyənin Avropa müdafiə sənayesində artan roluna nümunə kimi göstərilib. Böyük Britaniyanın isə Türkiyənin KAAN layihəsi ilə əməkdaşlıq etdiyi bildirilib.
Məqalənin yekununda Türkiyənin güclənən müdafiə sənayesi, artan hərbi potensialı və Avropa ölkələri ilə genişlənən tərəfdaşlıqları sayəsində Avropanın təhlükəsizlik sistemində daha böyük rol əldə etməyə doğru addım-addım irəlilədiyi vurğulanıb.
Müəllif: Roza
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 28 Oktyabr 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı

















.jpg)

.jpg)














