Dünya
İrandan ABŞ və İsrailə qarşı yeni addım: Qadınlara silah təlimi
İranda ABŞ və İsrailin hücumlarından sonra yaradılan “Can-Fəda” proqramı çərçivəsində mülki şəxslərə hərbi təlimlər keçirilir.
Publika.az yerli KİV-ə istinadən xəbər verir ki, Tehranda keçirilən təlimlərdə vətəndaşlara uzunlüləli silahlardan istifadə, hava hücumundan müdafiə və çoxsaylı raketatan sistemləri ilə bağlı təlimlər verilir.
Qadın və kişilər təlimlərə ayrı-ayrılıqda cəlb olunur. Qadınlar həftədə 3 gün, gündə 3 saat müdafiə, ilk yardım və silah hazırlığı keçirlər. Təlimlər çərçivəsində qadınlara zenit silahlarından istifadə qaydaları da nümayiş etdirilib.
Təlim iştirakçılarından Bita Resteqar mümkün işğala hazır olmaq üçün hərbi hazırlıq keçdiklərini və ölkələrini sonuna qədər müdafiə edəcəklərini bildirib.
Digər iştirakçı Zəhra Nikuyferd isə ABŞ-ın hücumlarına cavab verməyə hazır olduqlarını deyərək hərbi hazırlıqla bağlı müxtəlif təlimlər keçdiklərini qeyd edib.
Müəllif: Roza
-
Hadisə21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO








.jpg)


























