Ekopublika.az
ADB Xəzər suyunun duzsuzlaşdırılması zavodunun tikintisinə 140 milyon dollar ayırdı
Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun tikintisi layihəsinin 140 milyon dollar məbləğində maliyyələşdirilməsini təsdiqləyib.
Publika.az ADB-yə istinadən xəbər verir ki, kredit vəsaitləri hər biri 70 milyon dollar olmaqla, iki tranşla veriləcək.
Layihənin ümumi dəyəri 407 milyon dollar olaraq qiymətləndirilir.
Layihə çərçivəsində əks osmos texnologiyası ilə işləyən duzsuzlaşdırılma müəssisəsinin layihələndirilməsi, inşası, maliyyələşdirilməsi, istismarı və texniki xidməti planlaşdırılır. Zavodun layihə üzrə məhsuldarlığı gündəlik 300 min kubmetr su təşkil edəcək, yüksək istehlak dövrlərində isə müəssisənin gücü gündəlik 330 min kubmetrə qədər artırıla bilər.
Təşəbbüsün reallaşdırılması dövlət-özəl tərəfdaşlığı üzrə 25 illik müqavilə əsasında həyata keçirilir. Bütün duzsuzlaşdırılmış su dövlət operatoru "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti"nə istiqamətləndiriləcək. Bu layihə Azərbaycanın su sektorunda suyun duzsuzlaşdırılması üzrə ilk genişmiqyaslı müəssisə və dövlət-özəl tərəfdaşlığı üzrə ilk layihə olacaq. Onun əsas vəzifəsi Bakı və Abşeron yarımadasındakı yaşayış binalarının və kommersiya obyektlərinin içməli su ilə təminatının keyfiyyətini və fasiləsizliyini artırmaqdır.
Layihə ADB-nin Azərbaycanla 2025–2029-cu illər üçün Tərəfdaşlıq Strategiyası (CPS) kontekstində həyata keçirilir ki, bunun da prioritetləri sırasında ekoloji baxımdan dayanıqlı və "təmiz infrastruktur"un yaradılması yer alır.
Daha əvvəl Asiya İnfrastruktur İnvestisiya Bankı daha əvvəl Azərbaycanda suyun duzsuzlaşdırılması üzrə zavodun tikintisi üçün 45 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasını artıq təsdiqləyib.
Layihənin inkişaf etdiricisi Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti, baş podratçısı isə Çinin HDEC ("PowerChina" qrupuna daxil olan "Huadong Engineering Corporation") şirkətidir. HDEC-nin subpodratçısı qismində İspaniyanın "Savener" mühəndislik şirkəti artıq mühəndis-layihələndirmə işlərinin icrasına başlayıb. (Report)
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi







.jpg)














.jpg)











