Dünya
Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdirilir
Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək.
Publika.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində Ər-Riyadda keçirilən Strateji Siyasi və Müdafiə Komitəsinin iclasından sonra qəbul edilən birgə bəyanatda bildirilib.
Komitə kollektiv müdafiə öhdəliklərinin praktiki icrasına dərhal başlanılmasına və razılaşdırılmış hərbi qüvvə və imkanların Səudiyyə Ərəbistanına sürətlə yerləşdirilməsi üçün zəruri tədbirlərin görülməsinə qərar verib. Bu addımın hərbi hazırlığı, inteqrasiyanı və təhdidlərə qarşı kollektiv imkanları gücləndirməsi nəzərdə tutulur.
Bəyanatda Məkkə və Mədinənin hədəfə alınması cəhdləri, eləcə də Səudiyyə Ərəbistanının şəhərlərinə, mülki və iqtisadi obyektlərinə hücumlar kəskin şəkildə pislənib. Tərəflər Krallığın təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı hər hansı hücum və təhdidi rədd etdiklərini bildiriblər.
Qeyd edək ki, pakistanlı general-leytenant Nauman Mahmud Məkkə Müdafiə İttifaqının üç il müddətinə ilk baş katibi təyin edilib.
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
















.jpg)



.jpg)


.jpg)













