Dünya
İsraildə vətəndaş müharibəsi və çöküş riski artır: Kəşfiyyatın məxfi hesabatı sızdı
İsraildə siyasi və ictimai gərginliyin ölkəni vətəndaş müharibəsi və ya siyasi çöküş riski ilə üz-üzə qoyduğu iddia edilir.
Publika.az xəbər verir ki, “Maariv” nəşrinin məlumatına görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) hazırladığı məxfi hesabatda İsrailin daxili və xarici vəziyyəti təhlil olunub.
Hesabatda Qəzza, Livan və İranla uzunmüddətli müharibələrin İsrail daxilində siyasi, iqtisadi və ictimai parçalanmanı dərinləşdirdiyi bildirilib. Siyasi qütbləşmə, iqtisadi təzyiqlər və məcburi hərbi xidmətlə bağlı böhran ölkədəki gərginliyi artıran əsas amillər kimi göstərilib.
Bildirilir ki, üç il davam edən qarşıdurmalardan qayıdan bəzi hərbçilərin ağır psixoloji travmalar yaşaması, hərbi xərclərin artması və iqtisadi böhran da vəziyyəti daha da mürəkkəbləşdirir.
Hesabatda ultra-pravoslav yəhudilərin hərbi xidmətdən azad edilməsi məsələsinin dünyəvi və dindar təbəqələr arasındakı fikir ayrılıqlarını dərinləşdirdiyi qeyd olunur. İşğal altındakı Qərb sahillərində fələstinlilərin torpaqlarını ələ keçirən israillilərin artan zorakılığı da daxili problemləri ağırlaşdıran amillərdən biri kimi göstərilir.
CIA-nin qiymətləndirməsinə görə, İsrail Baş naziri Benyamin Netanyahu ətrafında yaranmış siyasi böhran da ölkədəki vəziyyəti daha da gərginləşdirir. Eyni zamanda İsrailin beynəlxalq aləmdə təcridinin artması və ABŞ-dakı dəstəyin azalmasının siyasi parçalanma riskini yüksəldə biləcəyi vurğulanır.
Hesabatda İsraildə oktyabrın 27-də keçirilməsi planlaşdırılan seçkilərin də ölkənin gələcəyi baxımından mühüm mərhələ olacağı qeyd edilir.
Müəllif: Roza
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı














.jpg)





.jpg)


.jpg)













