Dünya
Kalininqradla bağlı Qərbə MESAJ: Bu, Rusiyaya qarşı ən böyük səhv olar
Qərb ölkələrindən Kalininqradla bağlı səslənən hücum və blokada təhdidlərinin əsl məqsədi açıqlanıb.
Publika.az xəbər verir ki, ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Devis bu cür bəyanatların daha çox Qərb ölkələrinin daxili auditoriyasına hesablandığını bildirib.
Onun sözlərinə görə, Kalininqrada hücum etmək barədə danışmaq reallıqdan uzaqdır. Devis qeyd edib ki, bu açıqlamalar əhali arasında “istənilən an rusları tabe etdirə bilərik” düşüncəsi yaratmağa hesablanıb.
“Kalininqrada hücum etmək imkanından danışmaq mümkün olan ən axmaq fikirlərdən biridir. Belə sözləri yalnız daxili auditoriya üçün söyləmək olar”, - deyə istefada olan hərbçi vurğulayıb.
Onun fikrincə, Rusiyaya qarşı belə informasiya siyasəti əvvəlcədən qarşısını almaq mümkün olan növbəti səhvdir.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin daha əvvəl Kalininqrada hücum ediləcəyi təqdirdə Moskvanın bütün silah arsenalından istifadə edəcəyini bildirib. Onun sözlərinə görə, vəziyyətin kəskinləşməsi halında Rusiyanın cavabı qaçılmaz olacaq.
Müəllif: Adəm
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir














.jpg)




.jpg)


.jpg)












