Putin İlham Əliyevlə görüşəcək
Bizi izləyin

Dünya

Putin İlham Əliyevlə görüşəcək

Putin İlham Əliyevlə görüşəcək

Rusiya Prezidenti Vladimir Putin Türkmənistanda keçirilən tədbirlər çərçivəsində MDB sammitinin bütün iştirakçıları ilə görüşəcək.

Publika.az xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Bu gün axşam prezidentin bu mədəni tədbirlər çərçivəsində bütün digər iştirakçılarla ünsiyyət qurmaq imkanı olacaq. Yəni sammitin demək olar, bütün iştirakçıları ilə tədbir çərçivəsində təmaslar baş tutacaq”, - Kremlin nümayəndəsi deyib.

Peskov qeyd edib ki, Putinin Türkmənistanda MDB sammiti və Xəzər Ekoloji Sammiti çərçivəsində bir sıra işgüzar görüşləri planlaşdırılıb.

Xatırladaq ki, MDB sammitində hazırda Türkmənistanda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm