Əfqanıstan-Pakistan sərhədində gərginlik - Silahlar işə düşdü
Bizi izləyin

Dünya

Əfqanıstan-Pakistan sərhədində gərginlik - Silahlar işə düşdü

Əfqanıstan-Pakistan sərhədində gərginlik - Silahlar işə düşdü

Əfqanıstan və Pakistan hərbçiləri Paktiya vilayətinin sərhədyanı ərazisində silahlı toqquşmaya giriblər.

Publika.az xəbər verir ki, bu barədə "TOLOnews" portalı Əfqanıstan qüvvələrinin “Mənsuri” adlanan 203-cü Ordu Korpusunun rəsmi nümayəndəsi Abdul Haq Fidaya istinadla məlumat yayıb.

Portalın məlumatına görə, insident iki ölkə arasında Kabilin tanımadığı sərhəd xətti olan Durand xətti boyunca, Dand-Patan rayonunda baş verib.

Əfqanıstan tərəfi atəşi ilk olaraq Pakistan hərbçilərinin açdığını, bundan sonra Əfqanıstan bölmələrinin cavab verdiyini bildirir. Fidanın sözlərinə görə, Əfqanıstan hərbçiləri arasında itki yoxdur və toqquşma başa çatıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm