İrana qarşı yeni irimiqyaslı əməliyyat planı - Tramp Netanyahu ilə nələri müzakirə edib?
Bizi izləyin

Dünya

İrana qarşı yeni irimiqyaslı əməliyyat planı - Tramp Netanyahu ilə nələri müzakirə edib?

İrana qarşı yeni irimiqyaslı əməliyyat planı - Tramp Netanyahu ilə nələri müzakirə edib?

İsrailin Baş naziri Binyamin Netanyahu və ABŞ Prezidenti Donald Tramp hər iki ölkədəki seçkilərə qədər İrana qarşı yeni iri miqyaslı əməliyyata başlamaq imkanını müzakirə ediblər.

Publika.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadla məlumat yayıb.

Qeyd edilib ki, sözügedən söhbət keçən həftə baş tutub.

İsrail rəsmisinin sözlərinə görə, söhbət zamanı Netanyahu İsrail kəşfiyyatının Tehranın öz nüvə proqramını bərpa etmək istiqamətində addımlar atması barədə məlumatlarından narahatlığını bildirib.

“Axios” yazıb ki, iki siyasətçi arasındakı söhbət Trampın ABŞ-dakı aralıq seçkilər ərəfəsində İrana zərbələr endirməyəcəyini deməsindən əvvəl baş tutub.

Oktabrın 13-də İslam Respublikasının xarici işlər nazirinin müavini Kazım Qərib-Abadi bildirib ki, əgər Vaşinqton ölkəyə qarşı yenidən hərbi ssenarini seçərsə, bu, regionun hüdudlarından kənara çıxan fəsadlara səbəb olacaq.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm