İngilis professor "üçlü güc formatı"ndan danışdı: Türkiyə artıq NATO-ya sığmır
Bizi izləyin

Dünya

İngilis professor "üçlü güc formatı"ndan danışdı: Türkiyə artıq NATO-ya sığmır

İngilis professor "üçlü güc formatı"ndan danışdı: Türkiyə artıq NATO-ya sığmır

İngilis professor Tim Vilson Türkiyənin müdafiə sənayesindəki inkişafı, hərbi əməkdaşlıqları və Yaxın Şərqdəki mövqeyi ilə bağlı diqqətçəkən fikirlər səsləndirib. O, Türkiyənin artıq yalnız NATO-nun şərq cinahındakı rolu ilə məhdudlaşmadığını, müstəqil hərbi və texnoloji güc kimi önə çıxdığını bildirib.

Publika.az xəbər verir ki, Vilson özünün “YouTube” kanalında yayımladığı təhlildə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında 7 avqust 2026-cı ildə imzalandığı bildirilən Məkkə Birgə Müdafiə Sazişinə diqqət çəkib.

Professor bu əməkdaşlığı “üçlü güc formulu” kimi xarakterizə edib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının maliyyə imkanları, Pakistanın nüvə potensialı və Türkiyənin NATO təcrübəsi ilə inkişaf edən müdafiə sənayesi üç ölkənin strateji əməkdaşlığının əsasını təşkil edir.

Vilson Türkiyənin xüsusilə pilotsuz uçuş aparatları, raket sistemləri və elektron müharibə sahələrində artan imkanlarının bu əməkdaşlıqda mühüm rol oynadığını vurğulayıb.

“Gündən-günə güclənən Türkiyə artıq yalnız NATO-nun şərq cinahına sığmır. Ərdoğanın rəhbərliyi altında ölkə öz hərbi texnologiyaları, ittifaqları və Yaxın Şərqdə müstəqil mövqeyi ilə ön plana çıxır”, - deyə professor bildirib.

Professorun fikrincə, süni intellekt, robototexnika, kənd təsərrüfatı və qabaqcıl mühəndislik sahələrində keçirilən müsabiqələr Türkiyənin texnologiya strategiyasının yalnız hərbi layihələrlə məhdudlaşmadığını göstərir.

Vilson sonda Türkiyənin müdafiə sahəsində əldə etdiyi imkanların regional təhlükəsizlik və sabitliyə necə təsir göstərəcəyinin gələcəyin əsas məsələlərindən biri olaraq qalacağını vurğulayıb.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm