Dünya
Daha bir ölkədə tələbələr ayağa qalxdılar
İndoneziyanın bir neçə şəhərində tələbələrin və ictimai fəalların iştirakı ilə kütləvi etiraz aksiyaları keçirilib.
Publika.az xəbər verir ki, bu barədə İndoneziyanın "Suara Desa" nəşri və “Reuters” agentliyi məlumat yayıb.
Aksiyalar oktyabrın 20-də Cakarta, Yogyakarta, Bandunq, Makassar və digər şəhərlərdə baş tutub. Etirazlar Prezident Prabovo Subiantonun vəzifəyə başlamasının ikinci ildönümünə təsadüf edib.
Etirazçıların əsas tələblərindən biri genişmiqyaslı meşə və torpaq yanğınlarının milli fəlakət kimi tanınması olub. Aksiya iştirakçıları yanğınların səbəblərinin araşdırılmasına, təqsirkarların məsuliyyətə cəlb edilməsinə və zərər çəkmiş ərazilərin bərpasına çağırıblar.
Bundan əlavə, tələbələr qiymətlərin artmasından, hökumətin iqtisadi siyasətindən və təhsil sisteminin vəziyyətindən narazılıqlarını bildiriblər. Cakartada nümayişçilər həmçinin korrupsiyaya qarşı mübarizənin gücləndirilməsini və fikir ifadə etmək azadlığının təmin olunmasını tələb ediblər.
“Reuters”in məlumatına görə, etirazlar fonunda hakimiyyət orqanları İndoneziyanın paytaxtında asayişi təmin etmək üçün 9 mindən çox polis əməkdaşı cəlb edib.
Hüseyn İbadlı
-
Enerji18:12Azərbaycan nefti ucuzlaşdı18:15
-
Hadisə17:15Keçmiş rabitə və informasiya texnologiyaları nazirinə ağır itki üz verdi
-
Nida Xəbər 16:10Əli Kərimli erməni lobbisi tərəfindən niyə mükafatlandırıldı?
-
Magazin216:0513 min manatlıq çanta ilə poza verdi - FOTO
-
Region15:47Paşinyan: "Mən Ermənistanı Avropa İttifaqının tərkibində görürəm!"
-
Hadisə14:38Ordubadda qəzaya düşən deputatın vəziyyəti açıqlandı
-
Ekologiya13:09Sabahın hava proqnozu açıqlandı
-
Avropa12:57Qara dənizə ABŞ kəşfiyyat təyyarəsi qaldırıldı

































