Səudiyyə Ərəbistanı husilərə ağır zərbə endirdi: 5 anbar məhv edildi
Bizi izləyin

Yaxın Şərq

Səudiyyə Ərəbistanı husilərə ağır zərbə endirdi: 5 anbar məhv edildi

Səudiyyə Ərəbistanı husilərə ağır zərbə endirdi: 5 anbar məhv edildi

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəməndə husilərə məxsus beş ballistik raket anbarını və dörd raket buraxılış qurğusunu məhv etdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Koalisiyanın məlumatına görə, hərbi əməliyyat husilərin nəzarətində olan Yəmən ərazilərində mümkün təhlükə mənbələrinin zərərsizləşdirilməsi məqsədilə həyata keçirilib. Əməliyyatın konkret olaraq hansı bölgələrdə keçirildiyi, husilər və mülki əhali arasında itkilərin olub-olmadığı açıqlanmayıb. Həmçinin əməliyyatın vaxtı barədə məlumat verilməyib.

Husilərlə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumətyönlü ordu arasında hərbi qarşıdurma dörd illik nisbi sakitlikdən sonra iyulun ortalarından etibarən yenidən başlayıb. Bu müddət ərzində husilər Qırmızı dənizin bütün qərb sahillərini və Bab əl-Məndəb boğazı yaxınlığındakı şəhərləri ələ keçirə biliblər.

Ər-Riyad daha əvvəl münaqişənin diplomatik yolla həllinə açıq olduğunu bəyan edib. Bununla yanaşı, Səudiyyə Ərəbistanı Yəməndəki müttəfiqlərinə dəstək vermək üçün xarici muzdluların cəlb edilməsi imkanını da nəzərdən keçirib.

Koalisiyanın son açıqlamasına husilər tərəfindən rəsmi reaksiya verilməyib. Hərəkat nümayəndələri məsələ ilə bağlı ictimaiyyətə açıqlama verməyiblər.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm