Kral III Çarlz çətin səfərə çıxır: Britaniyadan təzminat tələb edirlər
Bizi izləyin

Dünya

Kral III Çarlz çətin səfərə çıxır: Britaniyadan təzminat tələb edirlər

Kral III Çarlz çətin səfərə çıxır: Britaniyadan təzminat tələb edirlər

Böyük Britaniya kralı III Çarlz və kraliça Kamilla kölə ticarətində tarixi məsuliyyətə görə rəsmi üzr və təzminat tələblərinin artdığı bir vaxtda Karib hövzəsi ölkələrinə səfərə çıxırlar.

Publika.az xəbər verir ki, oktyabrın 27-dən noyabrın 4-dək davam edəcək səfər çərçivəsində kral və kraliça Baham adaları, Qayana və Antiqua və Barbudaya gedəcəklər. Çarlz noyabrın 1-4-də keçiriləcək Birlik ölkələrinin hökumət başçılarının toplantısında da iştirak edəcək.

Karib hövzəsi ölkələrində fəaliyyət göstərən fəallar Böyük Britaniyadan kölə ticarətindəki roluna görə rəsmi üzr istəməsini və təzminat ödəməsini tələb edirlər. Karib Hövzəsi Birliyinin (CARICOM) Təzminat Komissiyasının rəhbəri Hilari Bekls kralı monarxiyanın tarixi məsuliyyətini qəbul etməyə çağırıb.

Yamayka hökuməti də sentyabr ayında kölə ticarətinin hüquqi nəticələri və təzminat öhdəlikləri ilə bağlı məsələni Böyük Britaniyanın məhkəmə sistemi çərçivəsində araşdırılması üçün qaldırıb.

Qayana prezidenti İrfan Əli köləliyin törətdiyi tarixi vəhşiliyin tanınmasından sonra rəsmi üzr istiqamətində addım atılmalı olduğunu bildirib. Səfər zamanı müstəmləkəçilik tarixi ilə yanaşı, yerli xalqların torpaq hüquqlarının da müzakirə olunacağı gözlənilir.

Bukingem Sarayı kralın Britaniyanın kölə ticarətindəki rolunu görməzdən gəlməyəcəyini bildirsə də, rəsmi üzr və təzminat məsələlərinin hökumətlərin səlahiyyətinə aid olduğunu vurğulayır. Britaniya hökuməti isə təzminat ödənilməsinə qarşı çıxır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm