Dünya
ABŞ və Cənubi Koreyanın gizli məqsədi: Sərhəddə nə planlaşdırılır?
Şimali Koreya ABŞ və Cənubi Koreyanı sərhəddə vəziyyəti qəsdən gərginləşdirməkdə və qəfil silahlı toqquşma təhlükəsi yaratmaqda ittiham edib.
Publika.az xəbər verir ki, bu barədə Şimali Koreya Müdafiə Nazirliyinin nümayəndəsi bəyanat yayıb. Məlumatı Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) yayıb.
Bəyanatda bildirilir ki, Vaşinqton və Seulun hərbi fəallığı, birgə təlimləri və döyüş şəraitinə yaxınlaşdırılan əməliyyatları KXDR-in təhlükəsizliyi üçün ciddi təhdid yaradır.
Pxenyan hesab edir ki, ABŞ və Cənubi Koreya müxtəlif bəhanələrlə hərbi ittifaqlar sistemini genişləndirərək regionda hərbi üstünlük əldə etməyə çalışır.
Şimali Koreya Müdafiə Nazirliyi Vaşinqton və Seulun hərbi fəaliyyətinin qabaqlayıcı zərbələr endirməyə yönəldiyini vurğulayıb. Buna görə də daha güclü cavab tədbirlərinin görülməsinin zəruri olduğu bildirilib.
Bəyanatda konkret hansı addımların atılacağı açıqlanmayıb. Bununla belə, Pxenyan dövlətin təhlükəsizliyinə toxunan istənilən düşmənçilik hərəkətinin ölkənin silahlı qüvvələri tərəfindən suveren hüquqlar çərçivəsində cavablandırılacağını bəyan edib.
Qeyd edək ki, KXDR və Cənubi Koreya arasındakı sərhəd dünyanın ən çox hərbiləşdirilmiş bölgələrindən biri olaraq qalır. 2026-cı ildə tərəflər dəfələrlə bir-birini təxribatlarda ittiham ediblər.
ABŞ və Cənubi Koreya mütəmadi olaraq birgə hərbi təlimlər keçirir. Pxenyan bu manevrləri mümkün işğala hazırlıq kimi qiymətləndirir. 2026-cı ilin oktyabrında da Vaşinqton və Seul artan gərginlik fonunda hərbi təlimləri davam etdirəcəklərini təsdiqləyiblər.
Müəllif: Adəm
-
Region11:00Paşinyanın "qızıl nömrə" biznesi: Növbə olacağı gözlənilir
-
Nida Xəbər 10:30Leysan Məmmədov vəzifəsindən azad edildi
-
Ekologiya09:24Günəşdə nəhəng şüa aşkarlandı: Yer üçün təhlükə var?
-
Nida Xəbər 09:00Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR
-
Sağlamlıq08:00Dəri problemlərinin gizli səbəbi aşkarlandı
-
İdman07:30Mourinyonun “xaos” fəlsəfəsi: “Real Madrid”in uğurunun arxasında nə dayanır?
-
Magazin106:46"Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
-
Pul05:15"Bitcoin" kəskin ucuzlaşdı












.jpg)


















.jpg)
.jpg)